Azerbaycan'da neler oluyor?

Hacı Taleh adlı bir siyasi məhkum Azərbaycanda günlərdir aclıq aksiyası edir. Bu aclıq aksiyasına səbəbsə polis bölmələrinin birində Allahın söyülməsidir. Bəli, müsəlmanlar üçün Allahın söyülməsindən daha aşağılayıcı hal yoxdur və ola da bilməz.

15-06-2022


Hacı Taleh adlı bir siyasi məhkum Azərbaycanda günlərdir aclıq aksiyası edir. Bu aclıq aksiyasına səbəbsə polis bölmələrinin birində Allahın söyülməsidir. Bəli, müsəlmanlar üçün Allahın söyülməsindən daha aşağılayıcı hal yoxdur və ola da bilməz. Siyasi məhkum olan Hacı Taleh də etiraz olaraq aclıq aksiyasını israrlı şəkildə devam etdirir. Hacı Talehin tələbi Allahı söyən polisin cəzalandırılmasıdır. Və o şəxsin cəzalandırılacağı günə qədər aksiyanı dəvam etdirəcəyini vurğulayıb.
 
Digər bir məsələ də Azərbaycanda qaynayan məzhəbçi tutumdur. Məlumdur ki, Azərbaycanda şiələrlə yanaşı sələfi və sünnilər də yayğındır. Ancaq Hacı Talehin aksiyası hər hansı məzhəbin, firqənin müdafiəsi adına yox, sırf bütün məzhəb mənsublarının da iman etdiyi Allahın söyülməsi səbəbilədir. Lakin acınacaqlı hal odur ki, məzhəb təqlidçilərinin əksəri bu məsələyə belə məzhəbçi pəncərədən yanaşır. Yəni polisin Allahı söyməsi bir kənarda qalıb, insanların çoxu Hacı Talehin məzhəbi, əqidəsi və s üzərində adaptasiya olublar.
 
Bəzi sünni və sələfilər Hacı Talehin aclıq aksiyasının səbəblərini müzakirə etməyi buraxıb onun İrana olan sevgisi, onun əqidəsi, şiəliyin içindəki batillər, Hacı Talehin başqa məqsədinin ol bilməsi üzərində dayanırlar. Bu məsələ həqiqətən halı acınacaqlı olan Ümmətin acınacaqlı rəsmidir.
 
Təsəvvür edin bir insan Allahı söyülməsi üzərindən aksiya keçirir, digər sünni və sələfilərsə o insanın şiə olduğu, şiələrin də xristianlardan da pis olduqları, şiələrin təkfir olub olmaması söhbətlərinin, üzərində ilişib qalıblar. Allahı söyənlər, buna göz yumanlarsa tamamən müzakirələrin xaricində qalıb. Bəli, məzhəb təəssübü, hər məsələyə məzhəbçi yaxlaşımın acı nəticələri belə hallarda da özünü göstərir...
 
(Hayal Vidadioğlu, Azerbaycan'dan İslam ve Hayat için yazdı)

Etiketler : #Azerbaycan'da   #neler   #oluyor?   
YORUMLAR
  • Hayal Vidadioğlu   18-06-2022 11:33

    Allah razı olsun Mehmet Durmuş Hocam. Siz Hocalarımızın nasihatlerine daim, her zaman ihtiyacımız vardır. Biz bu açlık qrevine, hapiste olan birinin elinden geleni yapmak adına nefsini Allah satmak gibi yaklaşmıştık. Tabi doğru olan, olması gereken sizin dediyiniz gibidir Hocam. Bir da teşekkür ederim, Allah razı olsun.

  • Mehmed Durmuş   16-06-2022 08:35

    Selamun aleykum Hayal kardeşim! Kanaatim o ki, Hacı Talih adındaki müslüman açlık grevi yapma kararı almakla iyi yapmamış. Kur'an ve Sünnette böyle bir uygulamayı bulmak pek mümkün değildir. Bir kafir Allaha sövdüğü için müminler açlık grevi yapacak olsalar, tüm müminlerin hayatı açlık greviyle geçmesi gerekirdi. Bir de, herhangi bir imansız şahsın Allaha küfrü de küfürdür ama Allah'a asıl, O'nun nizamını reddetmek, gönderdiği Kitabı sırtımızın ardına atmak, Elçisini hayatın dışında tutmak şeklinde küfür edilmekte/sövülmektedir. Buna karşı ise Rasullerin yaptığı gibi, tebliği, kıyam ve kafirlerden teberri etmek gerekmektedir. Gerisi Allah'a aittir.

İlginizi çekebilecek diğer haberler

Makaleler

Hava Durumu


VAN