TÜRKİYƏ VƏ AZƏRBAYCANDA TÖVHİDİ ŞÜURUN OYANIŞI MƏRHƏLƏLƏRİ VƏ BU MƏRHƏLƏLƏR ARASINDAKI FƏRQ

Hayal VİDADİOĞLU

27-06-2022 11:05


Cümhuriyyət sonrası 1980-ci illərdən sonra Türkiyədə Quran və səhih sünnəti mərkəzə alan Tövhidi bir oyanış mərhələsi başlayır. Bu mərhələdə müsəlmanlar İslamın ana qaynağını əsas almağa çalışaraq şirkə qapı açan türbələrdən, qəbirlərdən mədət umma kimi inancları, bidətləri, xurafatları tənqid edib tərk etmə mərhələsi yaşayırlar.

Bu tövhidi bilinclənmə mərhələsində ənənəvi olaraq Ümmətə sirayət etmiş (qəbirçilik, türbəçilik, şeyxlərdən mədət istəmək) xurafatları və şirk qoxan inancları tərk edərkən bir məsələnin də fərqinə varırlar, qeyri-İslami idarəçiliyin tağuti olması və səhih imana sahib olmaq üçün tağutları rədd etməyin şərt olması məsələsinin...

Tövhid, Tağut, Şirk, Rəbb, İlah qavramları artıq Türkiyəli müsəlmanların gündəmi olur. Artıq Türkiyəli müsəlmanların çoxu İslamı Allaha xalis qılaraq yaşayıb, hər məsələdə ana qaynağa baş vurmağı özlərinə əsas seçirlər.

Və Türkiyənin bu Tövhidi oyanış mərhələsində iki şəxsin kitabları böyük rol oynayır, Seyyid Kutub və Mevdudi (Allah hər ikisinə rəhmət eləsin). Seyyid Kutub və Mevdudi ilə yola çıxan müsəlmanlar İslamı ana qaynaqdan öyrənməyə başlayır, dini Allaha xalis qılaraq yaşayır və Tövhid nemətini dadırlar.

Quranın, Allahın Rəsullarının gündəm etdiyi, lakin Türkiyədə illərlə gündəm olmayan Tövhid, Şirk, Rəbb, İlah, Tağut qavramlarını gündəmlərinə alan müsəlmanlar Tövhidin, Şirkin mahiyyətini öyrənərkən eyni zamanda digər batil bir uc olan təkfirçilik xəstəliyinin də kənarında dururlar. Təslimçi və murciyaya xas yaxlaşımları, ənənəvi və modern xurafatları (demokratiya, türkçülük-irqçilik və.s) tərk edərkən, onlara qarşı cəbhə alarkən də təkfirçi ağızla, təkfirçi bir üslubla deyil, bunu da Quranın üslubu, Allah Rəsulunun (Allahın salamı olsun onun üzərinə) əxlaqı ilə edirlər...

GƏLƏK AZƏRBAYCANA...

Azərbaycanda isə pirlərin müqəddəsat olaraq qəbullanması və qəbirlərə yalvarmağın şirk olması, xurafatların tənqid olunma mərhələsi 1990-cı illərdən sonra başlayır. Artıq yenə bir çox insan ana qaynağa çataraq müqəddəs qəbul etdiyi inancların İslama tərs olduğunun, İslamın heç də onların mənimsədiyi kimi bir din olmadığının fərqinə varır. Və Azərbaycanda yenə o illər ərzində qulaqların çoxunun eşitmədiyi qavramlar gündəm olur. Tövhid, Şirk, Tağut və s kimi Qurani qavramlar...

İnsanlara, hətta illərdi alnı səcdəli olanlara yad olan, hürkütücü gələn bu qavramlar elə Quranın ən təməl qavramlarıdır. Ancaq Azərbaycanda bu qavramlar Türkiyədəkindən fərqli olaraq Seyyid Kutub və Mevdudi açıqlamaları vəsiləsilə deyil, elə həqiqətən də çoxu təkfirçi olan şəxslərin ağızları ilə gündəm oldu.

Bu məsələləri gündəm edənlər əksərən təkfirçi zehniyyət olduğundan hələ də Quranın iman məsələsi saydığı (Bəqərə surəsi, 256), Allahın Rəsullarının dəvətinin təməli olan (Nəhl surəsi, 136) bu qavramları gündəm edən hər müsəlmana o baxımdan təkfirçi damğası vurdular.

Qurandan öyrəndikləri Tövhid nemətini hər məsələdə əsas alan, lakin təkfirçi ağızdan da çəkinən müsəlmanlar Azərbaycanda təkfirçilər tərəfindən təkfir edilməyə, təslimçilər, ənənəçilər tərəfindən də "təkfirçi" adlanmağa başladı təəsüflər olsun ki...

Bəli, Azərbaycan və Türkiyə Tövhidi oyanış mərhələsini fərqli illərdə, fərqli vəsilələrlə yaşadığından üslublar arasında da fərq oldu. Məsələ Azərbaycanda Tağut - Tövhid qavramlarını gündəm edərkən insanların anlayışında əli silahlı şəkillər paylaşan, hər kəsə kin və nifrətlə baxan, balağı büzmə şalvar geyinən insanlar yada düşürsə bu məsələ Türkiyədə belə deyildir.

Və Azərbaycanda da bir çox müsəlmanlar vardır ki, Tövhidi hər hansı təkfirçi ağızlardan deyil, məhz Qurandan, ana qaynaqdan öyrənib Quranın üslubu ilə gündəm etməyə çalışırlar. Ancaq insanların nə dediyinə, necə reaksiya verəcəyinə baxmayaraq tövhidi öyrənən, anlayan, yaşamağa çalışan müsəlmanlar əllərinin, dillərinin çatdığı hər yerə bu uca dəvəti aparmalı, bu dəvəti də qırıcı ağızla deyil, islah edici bir üslubla yerinə yetirməlidirlər. Türkiyədə də, Azərbaycanda da, bütün dünya coğrafiyasində Tövhidin, səhih İslam anlayışının hakim olması diləyilə...

YORUMLAR
Henüz Yorum Yok !
Diğer Yazıları

Makaleler

Hava Durumu


VAN